Sunday, December 8, 2013

Şekspirin ikinci sonneti


İkinci sonetdə, Şekspir gəncə xəbərdarlıq edir ki, qocalmadan öncə, səndə olan bu gözəlliyi öz övladına bağışla.
Bu şeir döyüş və seks terminləri ilə doludur ki, bu da zamanın gözəlliklə olan döyüşünü xatırladır: Necə də yaxşı olar bir gün səndən soruşsalar ki, haraya getdi o gözəlliyin, necə oldu o gəncliyin? Uşağını göstərib deyəsən ki, heç yerə getməyib, heç yerdə itməyib, bu uşağa bağışlamışam.

Qalanı sarmış xəndək kimi, 
Bağçanı şumlayan kotan dək
Qırx ilin qış qırışı bürüyürsə alnını,

Əynindəki parlayan çəpkən,
Əprimiş çula dönüncə bir gün,
O zaman,
"Harada qaldı o gözəllik,
Harada talandı gənclik xəzinən"? - sorsalar,
Tükədici utanc, ürpədici öyünc olar,
Üz çuxurunda,
Göz batığında axtarsan.
Ama,
Necə də gözəl olur deyə bilsən bir:
"İtirmədim ki,
Tükənmədi o gözəllik… 
Haydı bəri bax körpəmə,
Ona bağışladım büsbütün".
Yenidən doğur səni qocaldığın an,
Və soyuq qanının,
Bir gəncin damarlarında axdığını gör o zaman.

Orijinalı: Sonnet No 2
When forty winters shall besiege thy brow,
And dig deep trenches in thy beauty's field,
Thy youth's proud livery so gazed on now,
Will be a totter'd weed of small worth held:

Then being asked, where all thy beauty lies,
Where all the treasure of thy lusty days;
To say, within thine own deep sunken eyes,
Were an all-eating shame, and thriftless praise.

How much more praise deserv'd thy beauty's use,
If thou couldst answer 'This fair child of mine
Shall sum my count, and make my old excuse,'
Proving his beauty by succession thine!
This were to be new made when thou art old,
And see thy blood warm when thou feel'st it cold.
Forty winters: 40 qış, 40 yaş. Besiege: Əhatə etmək, mühasirə etmək
Trenches: qala çevrəsinə çəkilmiş xəndək, Kotanın torpağa saldığı izlər
Livery: Uniforma, Kralların sarayında xüsusi geyim
Totter'd weed of small worth held: Dəyərsiz əprimiş cinder
Treasure: Xəzinə, Sperma mənası da verir. Lusty: Güclü, burada cinsi baxımdan güclü bisiri anlamına da gəlir.
To say: Cavab versən ki. Deep sunken eyes: Dərin batmış gözlərin
An all-eating shame: Hər şeyi yeyib, əridən utanc, Thriftless praise:Yersiz öymək, dəyərindən artıq, hesab-kitabsız tərif.
Beauty's use: Gözəlliyin istifadəsi, Use - həmçinin sələm pulunun faizi deməkdir. Burada insan özünü bir sevgiliyə verir, bir körpə qazanır, yəni özünü verib, artıqlaması ilə verdiyini alır. Use - həmçinin cinsi anlamı var.Fair: gözəl
Succession: Vərəsəlik, Proving: Çevrilmək.

No comments:

Post a Comment