Sunday, December 8, 2013

Olmaq, yoxsa ölmək?!


Hamletin məşhur monoloqu:

Yaşamaq, yoxsa ölmək?- sorğu bu!

Acımasız talein qırmancına dözməli,
Əzab yükünü yaralı-bükük çiyninlə çəkməli,
yoxsa, qolları çimirləyib, vuruşaraq-
Sonsuz əzablara son qoymalı?

Sonrası!? 
Sonrası göz yumub- ölmək, artıq heç?

Canımıza düşən minlərlə sarsıntıya,
Sırf ölüm yuxusu son qoyacaqsa,
Və kəsəcəksə ürəkağrımızı onun əli,
Yəni məqsəd budursa, 
talein öümlə bitməsinə bir az da sevinməli.

Ölmək, yatıb-susmaq, bəlkə də bir röya,
Ah, budur, bir röya qorxusudur bəlamız-
Can qurtulurkən bədən qəfəsindən, 
Hansı kabusun yuxumuza girəcəyindəndir hürküb-
Uzun-uzadı bir ömrə qatlaşmağımız

Yoxsa, kim dözər həyatın təhqir qırmancına,
Siyrilmiş qılıncla dincələcəyinə inanırsa?
Necə dözər qudurqanlar təhqirinə, 
qarşılıqsız sevgi acısına, gecikmiş haqqa,
Heç dərdə yaramaz utanmaz hakimlərə,
Və tələsənlərin təpiklərinə, rahat ölüm varkən?

Kim seçər naləli-məşəqqətli bu dözülməz həyatı?
Ama bəlirsiz-qorxunc bir ölümsonrası dünyadır-
Qərarı yayındırıb, ölməkdən çəkindirən şey

Ölümsonrası yurd, kimsə sınırından qayıtmadığı yurd,
Budur bəlirsiz dünyaya ayaq qoymaqdansa-
Bizi dünya acısına qatlaşdıran.
Ölümdən qorxudur cəsarətimizi tükədən
Və bollu fikirlərin beynimizə hücümudur,
Cürətimizi sarsıdıb, yayındıran.


https://www.youtube.com/watch?v=jdp6dpiK8Ko

No comments:

Post a Comment