Sunday, December 8, 2013

Şekspirin birinci Sonneti

Şekspirin (Shakespeare) 154 sonet toplusunun ilk 17 şeiri, doğuşla bağlıdır.
O, qədim yunan filosofu Platonun "Simpozium" əsərindən təsirlənnib.
Orada sevginin mənası gözəlliyi yenidən yaratmaqdır. İnsan o zaman nəyəsə vurulur ki, onu yenidən yaratmaq həvəsində olsun.
"Simpozium" əsərində, Sokrat Diotima adlı bir rahibənin dilindən sevgi haqda deyir ki, sevginin son qayəsi yaradılış və gözəlliyi yenidən doğmaqdır… Bütün canlılar öləsidir, onların qalarğılıq sirri yalnız doğuşdadır. Sevgi ölməzlik istəyində olmalıdır.
Şekspir birinci sonetində deyir ki, qısa ömürlü qızılgülün gözəlliyi yüzillərdən bəri hələ də durubsa, bu, onun çoxalması və doğuşuna görədir.
O zaman, hələ də düşünürdülər ki, uşaq sırf atadan doğulur, ana yalnız doğuş vasitəsidir. Buna görə də yeni-Platonçu (neo-Platonic) şairlərin hamısı -Şekspir daxil olmaqla- həmişə kişiyə vurulub, kişinin gözəlliyini öyüblər.
Buna görə Şekspirin bu 17 sonetdə sözlər oğlana ünvanlanıb. Bunlar eşcinsəl istəklər deyil, sırf Platondan qalmış bir ənənə ucbatından, şeirləri bir oğlana  ünvanlanıb, o, öz gözəlliyini, gəncliyini və varlığını yeni nəsil doğurmaqla davam etdirməlidir.
Eyni yanaşmanı İran, ərəb və öz şairlərimizdə də görürük. Son 150 ilədək, bütün sevgi şeirləri bir oğlan üçün yazılıb, qadın sevgiliyə şeir yazmaq yeni bir şeydir. Bu, eşcinsəllik deyil. Aşağıdakı sonetlərdə "Simpozium" və başqa qədim yunan şairləri, filosoflarının əsərləri və miflərdən olan örnəkləri yeri gəldikcə göstərəcəyik.
Hər zaman, Gözəlliyin artmasını istər insan, Artmaq; Qısa ömürlü qızılgül gözəlliyinin Eralarla ölməzlik sirri… Artmaq. Onsuz da, yetginin, Əli üzülməli budaqdan bir gün, Sonra xatirəsini yaşadacaq, Yerinə göyərmiş ufacıq tumurcuqlar. Ah sən, Öz parlaq gözlərinə vurğun, Canının yağındandır ışığın, yanğının, Zavallı bir şam kimi, Özünə amansız bir qənim, Qıtlığa gömüncə bolluğunu, ömrünü, Başı vəballı bir xam kimi. Yaz müjdəsi verən ayələrdir üzündəki cizgilər Dünyanın bəzəyidir iç-içə ləçəklər, Hadı, aç ovcunu gül kimi, Gömmə tumurcuğuna xəsiscə, O parlaq gözəlliyi, bir düşün. Dünyaya pay verilmiş gözəlliyin, Qıyma, didib udsun acgözcə, Bir yandan o dişsiz qəbir, Bir yandan o eşsiz sən...


Orijinalı: Sonnet No 1
From fairest creatures we desire increase,
That thereby beauty's rose might never die,
But as the riper should by time decease,
His tender heir might bear his memory:

But thou contracted to thine own bright eyes,
Feed'st thy light's flame with self-substantial fuel,
Making a famine where abundance lies,
Thy self thy foe, to thy sweet self too cruel:

Thou that art now the world's fresh ornament,
And only herald to the gaudy spring,
Within thine own bud buriest thy content,
And, tender churl, mak'st waste in niggarding:
Pity the world, or else this glutton be,
To eat the world's due, by the grave and thee.
İzahlar:
From fairest creatures: Dünyada ən gözəl məxluqlar içində, ən gözəllərinin (artmasını istəyirik)  
Increase: Artmaq. Ola bilsin İncilin Əski Çağ bölməsinin (Əhdi-Ətiq) 27, 28-ci ayəslərini xatırladır: Tanrı özünə bənzər gözəl yaratdığı insana dedi, nəslinizi artırın və yer üzünü doldurun. Ancaq Şekspir dini motivləri deyil, həmişə əski Yunan və Roma miflərini əsərlərində canlandırıb.
That thereby: Bu vasitə ilə, bu aracla.
Beauty’s rose: Roz gülü gözəllik simvoludur.
His tender heir might bear his memory: Onun körpə varisi onun xatirəsini (yenidən) doğmağa/daşımağa qadirdir.
But thou contracted to thine own bright eyes: Thou: Sən, contracted: Bağlanmısan, thine: özünün
Feed'st: Qidalandırırsan. Thy: Sənin
Famine: Qıtlıq, sonsuzluq, Abundance: bolluq
Thy self thy foe, to thy sweet self too cruel: Özünə özün düşmənsən, Öz şirinliyinə (gözəlliyinə) qarşı amansızsan
Bud: Tumurcuq. Buriest: Gömürsən. Content: İçindəkini, spermanı; həmçinin "content" ləzzət mənası daşıyır: masturbasiya
Tender churl: Nadan gənc, Kəndli gənc
Mak'st waste in niggarding: Xəsisliklə zay edirsən
Pity the world: Dünyaya rəhm et, Dünyaya qıyma

To eat the world's due, by the grave and thee: Yoxsa bu acgöz (sənin acgözlüyün) sənin və qəbirin vasitəsilə dünyanın payını (gözəlliyini) udacaq.

No comments:

Post a Comment