Sunday, December 8, 2013

Şekspir, Sonnet 17



Zaman-zaman keçincə, kim inanacaq bir gün,
Sənin bənzərsiz gözəlliyinlə dolu şeirlərimə?

Ama doğrusu,

Şerim gözəlliyini gizlədən bir qəbir, 
Və qaşının ucundan artıq göstərənməyən portret.

Gözlərinin gözəlliyini şeirə çevirə bilsəm belə,
Misralarımda öysəm birər-birər,

Zaman gəlincə,

Abartdığımı düşünüb, deyəcəklər:
Hələ yer lövhəsinə çəkməmiş,

Təbiət fırçası bunca gözəllik.

Zaman-zaman şeir dəftərimin vərəqləri saralıb,
Ələ salınsam, boşboğaz qocalar kimi,

Və sənin həqiqi gözəlliyinə,

cosmuş bir şairin,
Xəyalından doğan antik mahnı deyəcəklər.

Ama gələcəyə sübut kimi,

Sənə bənzər körpən olursa,
İki kəz yaşayacaqsan: 

Onun üzündə, 
Və mənim sözümdə...




Səsli variantı:


No comments:

Post a Comment