Wednesday, January 1, 2014

Şekspir, 7-ci Sonnet



Bax, doğudan qalxarkən qızıl tac başında,
Ürək oxşayan parlar saçlari ilə
Bütün gözlər qıyılı,
Baxışlar şahanəliyinə bayılı,
Və qaşlar qarşısında bükülür səcdəyə.

Kral kimi qalxarkən göyün tənortasına,
Sankı gəncliyin zirvəsi, 
Və hələ də gözlər gözəlliyinin ziyarətçisi.

Ama ömrün yeniş çağında, yorğun-arğın
Laxlayan çarxı sürüklənirkən batıya,
Yerə dönür, bayaq duaya qalxmış başlar
Və unudub-sönür öncə üzünə tikilmiş baxışlar

Sən, günorta yaşında gənc,
Son qoy sonsuzluğa,
Gözlərdən düşmədən,
Və qara torpağa öylə sürüşmədən...




Lo! in the orient when the gracious light
Lifts up his burning head, each under eye
Doth homage to his new-appearing sight,
Serving with looks his sacred majesty; 
And having climbed the steep-up heavenly hill,
Resembling strong youth in his middle age,
Yet mortal looks adore his beauty still,
Attending on his golden pilgrimage:
But when from highmost pitch, with weary car,
Like feeble age, he reeleth from the day,
The eyes, 'fore duteous, now converted are
From his low tract, and look another way:
   
So thou, thyself outgoing in thy noon
   
Unlooked on diest unless thou get a son.

No comments:

Post a Comment